“Zenit”in futbolçuları yığmamızdan kənarlaşdırıldılar
09 Aprel 2011 Şənbə 11:46
Onları “Bakı” və ”Neftçi”nin üzvləri əvəz edəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada təlim-məşq toplanışı keçəcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, hazırlıq prosesi üçün komandamızın heyətində son anda dəyişiklik edilib.
Rusiyanın “Zenit” klubunun üzvü olan Tural Hümbətov və Azər Abbasov hazırlıq prosesində iştirak etməyəcəkləri üçün yığmanın heyətinə Hacı Əhmədov (“Bakı”) və Məqsəd İsayev (“Neftçi”) dəvət olunub. “Zenit” klubu futbolçularının hansı səbəbdən yığmadan kənarda qalması açılqlanmır.
DOSTLARINLA PAYLAŞ: