Zəlzələ futbola mane oldu
01 Mart 2010 Bazar Ertəsi 17:00
Çili yığmasının yoldaşlıq görüşləri təxirə salınıb
Futbol üzrə Çili yığma komandası zəlzələ səbəbindən Kosta-Rika və Şimali Koreya milliləri ilə keçirəcəyi yoldaşlıq görüşlərini təxirə salıb. Qeyd edək ki, hər iki görüş bu həftə baş tutmalı idi.
2009-cu ilin noyabr ayında Çili komandasının Almaniya kollektivi ilə hazırlıq oyunu təxirə salınmışdı. Buna səbəb isə Almaniya kollektivinin qapıçısı Robert Enkenin intihar etməsi idi.
Xatırladaq ki, Çili ərazisində zəlzələ fevralın 27-də baş vermişdi. Təbii fəlakət nəticəsində 700-dən çox insan dünyasını dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: