Zəfər qəpikləri
19 İyul 2010 Bazar Ertəsi 17:20
İspaniyada mundila həsr olunmuş qəpiklər hazırlanacaq.
İspaniyada bu ölkənin Dünya Çempionatı-2010-da qələbəsi şərəfinə kolleksiya üçün nəzərdə tutulmuş dəmir qəpiklər hazırlanacaq. Qəpiklərin üzərində “2010 mundialının qalibləri” adlı yazı olacaq.

Bu qəpiklərin ilin ikinci yarısında satışa çıxarılacağı nəzərdə tutulub. Qəpiklər 44 və 65 avroya satılacaq. Hər iki nominalda olan qəpiklərin üzərində həmçinin İspaniya kralı Xuan Karlosun əksi də yerləşdiriləcək.

Xatırladaq ki, İspaniya yığma komandası mundialın final qarşılaşmasında Hollandiya komandasına 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar