Zaur Ramazonov 2000 manat cərimə ödəyəcək
    11 Fevral 2010 Cümə Axşamı 15:35
    Futbolçu Zaur Ramazonov həmçinin 2 oyunluq diskvalifikasiya edilib
    
                	 
    
         Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, Unibank Premyer Liqasının XIX turunun “Qarabağ” – “Karvan” matçında qonaqların futbolçusu Zaur Ramazanov hakimə qarşı qeyri-etik hərəkət etdiyinə görə, 2000 manat cərimə edilib. 
Bundan başqa futbolçu 2 oyunluq diskvalifikasiya olunub. 
Oyunun 67-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Ayxan Abbasov kobud oyuna görə, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub isə İntizam Komitəsi tərəfindən 200 manat cərimə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: