Zaqatalada yeni idman zalı istifadəyə verildi
07 Dekabr 2009 Bazar Ertəsi 09:55
İdman zalı zəruri idman avadanlığı ilə təmin olunub
Zaqatala rayonunun Əliabad qəsəbəsində yeni idman zalı istifadəyə verilib.
Bu münasibətlə keçirilmiş mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Milli Məclisin deputatı Hikmət Atayev də iştirak edib.
İdman zalı zəruri idman avadanlığı, güləş döşəyi, trenajor alətləri və s. ilə təmin olunub.

Mərasim qəsəbə bədii özfaliyyət kollektivinin konsert proqramı ilə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar