“Yuventus”, “Mançester Siti” və “Barselona” gələn ay Qroznıda oynaya bilər
06 Aprel 2011 Çərşənbə 00:31
Mayın 9-da Çeçenistan paytaxtında yeni stadionun açışının möhtəşəm oyunla müşayiət olunacağı planlaşdırılır
Çeçenistanın “Terek” klubu Qroznıdakı yeni stadionun açılışına dünyaca məşhur klubların, o cümlədən, “Yuventus”, “Mançester Siti” və “Barselona”nın dəvət edilməsi ilə bağlı danışıqlar aparır. Bunu “R-Sport” agentliyinə Çeçenistan klubunun vitse-prezidenti Xaydar Alxanov bildirib.

Qroznıdakı yeni arenanın açılışı faşizm üzərində qələbənin ildönümünə - mayın 9-una planlaşdırılır. Həmin gün stadionda yoldaşlıq oyunu keçirilməlidir. “Oyunda iştirak edəcək komandalarla bağlı yekun qərar qəbul edilməyib. “Yuventus”, “Mançester Siti” və ya “Barselonanın” gəlməsi mümkündür. Danışıqlar aparılır”.

Xzatırladaq ki, bu ilin martında Çeçenistanda dünya futbol ulduzlarının iştirakı ilə qarşılaşma artıq keçirilib. Həmin oyunda Braziliya millisinin veteranları Çeçenistan prezidenti Ramzan Kadırovun şəxsən formalaşdırdığı komanda ilə qarşılaşmışdılar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar