Futbol üzrə İtaliya çempionatının 29-cu turu mərkəzi qarşılaşma ilə yekunlaşıb. ANS PRESS-in məlumatına görə, “Yuventus” doğma meydanda Milanın “İnter” klubunu qəbul edib. Turin təmsilçisi 57-ci dəqiqədə Martin Kasares və 71-ci dəqiqədə Alessandro Del Pyeronun vurduğu qollar sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edib. “Yuventus” bu qələbə sayəsində aktivində olan xallarının sayını 59-a çatdıraraq lider “Milan”la xal fərqini 4-ə endirib. “İnter” isə 41- xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.