Yuventus etiraz edir
02 Dekabr 2010 Cümə Axşamı 17:00
Klub rəhbərliyi "Lex"lə oyunun nəticəsinin ləğv olunmasını tələb edir
UEFA Avroliqa turniri ilə erkən vidalaşan İtaliyanın “Yuventus” klubu etiraz edir. “Yuventus” klubu rəhbərliyi iddia edir ki, “Lex” qarşı matçda ispan baş hakimi Fernando Teyşeyra Vitienes oyunu dayandırmalı idi.

“Yuventus”un əfsanəvi futbolçusu Alessandre Del Pyero da 20 dərəcə şaxta və qar yağışı altında baş tutan matçın baş hakim tərəfindıən təxirə salınmasının vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, “Yuventus” Avropa Liqasının A qrupunda yer alıb. Bu qrupda növbəti mərhələyə İngiltərənin “Mançester Siti” və Polşanın “Lex” klubları vəsiqə qazanıblar. “Yuventus” qrup mərhələsində 5 oyunda bir qələbə belə qazana bilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar