“Yuventus” Çeçenistana gedəsi olmadı
08 Aprel 2011 Cümə 01:33
Turin klubu imtina qərarını İtaliya çempionatındakı oyunu ilə əsaslandırıb
Turinin “Yuventus” klubu klubu mayın 9-da Qroznının “Terek” komandası ilə oynamaq üçün Çeçenistana getməyəcək. Bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.

“Yuventus”un Qroznıdakı yeni stadionun açılışı münasibətilə “Terek”lə yoldaşlıq oyunu keçirəcəyi gözlənilirdi. “Yuventus”un rəhbərliyi imtina qərarını onunla izah edib ki, komanda həmin gün İtaliya çempionatı çərçivəsində “Kyevo” ilə qarşılaşmalıdır.

Çeçenistandakı yoldaşlıq oyunu ilə bağlı İngiltərənin “Mançester Siti” və İspaniyanın “Barselona” klubları ilə də danışıqlar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar