“Yuventus” böyük hesablı məğlubiyyətə uğradı
    13 Dekabr 2009 Bazar 02:45
    Turin klubu səfərdə “Bari”yə uduzub
    
                	 
    
         UEFA Çempionlar Liqasında “Bavariya” ilə ev oyununda məğlub olan “Yuventus” İtaliya çempionatında “Bari”yə də uduzub.
Turinlilər bu dəfə də yaxşı oyun göstərə bilməyiblər və rəqib qapısına yalnız bircə dəfə yol tapıblar. Amma Trezegenin qoluna “Bari” Meciorini, Barreto və Almironanın üç qolu ilə cavab verib.
“Yuventus” üzərində qələbə “Bari”yə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq imkanı verib. Komanda 12-ci yerdən 5-ci pilləyədək irəliləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: