Yuventus 3 qolla güldü, PSJ qələbə qazandı
13 Fevral 2013 Çərşənbə 09:11
Bu mərhələnin digər iki qarşılaşması bu gün baş tutacaq.
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Valensiya” öz meydanında PSJ-ni, “Celtic” isə “Yuventus”u qəbul edib. Fransa və İtaliya klubları çətin səfərlərdən qələbə ilə qayıtmağı bacarıblar. Bu, sözügedən klubların növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin etməsinə şərait yaradıb.
Bu mərhələnin digər iki qarşılaşması bu gün baş tutacaq. "Real" "Mançester Yunayted", "Şaxtyor" isə Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
Qalan dörd oyun ("Porto", Portuqaliya – "Malaga", İspaniya; "Arsenal", İngiltərə – "Bayern", Almaniya; "Milan", İtaliya – "Barselona", İspaniya; "Qalatasaray", Türkiyə – Şalke", Almaniya) isə fevralın 19-20-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
12 fevral
Celtic (Şotlandiya) – Yuventus (İtaliya) - 0:3 (0:1)
Qollar: Matri, 3, Markizio, 77, Vuçiniç, 83.
Valensiya (İspaniya) – PSJ (Fransa) - 1:2 (0:2)
Qollar: Rami, 90 - Lavetsi, 10, Pastore, 43.
13 fevral
23:45. Real (İspaniya) - Mançester Yunayted (İngiltərə)
23:45. Şaxtyor (Ukrayna) - Borussiya (Dortmund, Almaniya)
DOSTLARINLA PAYLAŞ: