“Yuventus” 20 yaşlı futbolçusunu qaytardı
16 Yanvar 2010 Şənbə 11:15
Yaqo Falke “Bari”də çıxış etdiyi dövrdə əsas heyətə düşə bilməyib
İtaliyanın “Yuventus” klubu “Bari”yə icarəyə verdiyi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Yaqo Falkeni vaxtından yarım il tez geri qaytarıb.

Xatırladaq ki, İspaniyanın gənclər yığmasında (17-19 yaşlılar) çıxış edib “Barselona”nın yetirməsi 2008-ci ildə Turin klubu ilə dörd mövsümlük müqavilə imzalayıb. İspaniyalı “Bari”nin əsas heyətinə düşə bilməyib və indiyədək A Seriyasında debüt etmək şansı qazanmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar