Yuri Syomin Qebeleden danışdı
03 Avqust 2013 Şənbə 11:36
Menim üçün Bakı - Qebele matçı iki ferqli hisseden ibaret oldu.
"Topaz" Premyer Liqasının yeni mövsümünün açılış oyununda “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb. ANS PRESS-in verdiyi xəbərə görə, “Qəbələ” ilk 3 xalı aktivinə yaza bilib – 2:1.
“Qəbələ” klubunu baş məşqçisi Yuri Syomin oyundan sonra bunları bildirib: ""Mənim üçün "Bakı" - "Qəbələ" matçı iki fərqli hissədən ibarət oldu. İlk hissədə futbolçularımız bacarıqlarını tam ortaya qoya bilmədilər. Onların oyunu alınmırdı. İkinci hissədə isə biz oyunumuzu bərpa edə bildik. Artıq komandamız normal oyun nümayiş etdirməyə başladı. Bu da başadüşüləndir. Çempionatın ilk oyununu keçirdik. Bu həm də səfərdə baş tutdu. Bu baxımdan komandanın üzərinə böyük məsuliyyət düşürdü".
Rusiyalı mütəxəssisin fikrincə, komanda üzərinə düşən məsuliiyəti dərk edib və bu səbəbdən də matçı qələbə ilə yekunlaşdırıb: "Komandamız üzərinə düşən məsulliyəti dərk edirdi. Bu səbəbdən də "Qəbələ" ikinci hissədə fərqli oyun nümayiş etdirdi və lazımlı nəticəni qazandı. Bizim növbəti oyunlarda da yeganə hədəfimiz var: hər oyunda qələbə qazanmaq. Bunun öhdəsindən gəlməklə məqsədlərimizə nail olacağıq".
“Bakı” klubunun baş məşqçisi Milinko Pantiç isə qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəklərinə ümid edir: "Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi, qarşıdakı oyunlarda itirilmiş 3 xalı bərpa edəcəyik”.
DOSTLARINLA PAYLAŞ: