Bu gün rusiyalı yarımmüdafiəçi Yuri Jirkov yeni komandası "Çelsi"nin heyətində debüt edib. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, ingilislərin yeni transferi elə ilk oyunundaca qol vurmağa macal tapıb.
Belə ki, Jirkov "Çelsi"nin İtaliyanın "Milan" klubuna qarşı keçirdiyi matçda vurduğu qolla komandasına qələbə qazandırıb.
Xatırladaq ki, komandalar arasında keçirilən oyun 2-1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Matçda Didye Droqba və Klarens Zeedorf da fərqlənib. /ANS PRESS/