Yuri Jirkov “Çelsi”də oynayacaq
06 İyul 2009 Bazar Ertəsi 16:45
Jirkovun transfer qiyməti 21 milyon avro olacaq

 

Londonun “Çelsi” komandası Yuri Jirkovun transferi ilə bağlı ilkin razılıq əldə edib. Londonluların rəsmi saytında verilən məlumata görə, Moskvanın “MOİK” və Rusiya yığmasının şərəfini qoruyan yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün artıq İngiltərəyə yola düşüb. Jirkovun transfer qiymətinin təxminən 21 milyon avro olacağı gözlənilir.

2003-cü ildən “MOİK” komandasının formasını geyən 26 yaşlı futbolçu 2005-ci ildə “hərbiçilər”lə UEFA kubokunu qazanıb. 2005-ci ildən çıxış etdiyi Rusiya yığmasının heyətində 31 oyunda meydana çıxan Yuri, 2008-ci ilin Avropa çempionatının bürünc mükafatına da sahib çıxıb.

Gəray Qiyasov /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar