Yunis Hüseynov qərarını verdi
12 May 2010 Çərşənbə 16:35
Baş məşqçi Yunis Hüseynov “Karvan”dan ayrılıb.
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov "Karvan"dan ayrılıb. Bu barədə baş məşqçi özü məlumat verib.
Yevlax klubu ilə müqaviləsi başa çatan mütəxəssis I divizionda çalışmaq istəməyib. ""Karvan"la müqaviləm başa çatıb. Yeni anlaşma imzalamaq niyyətim yoxdur"-deyə Yunis Hüseynov bildirib.
Xatırladaq ki, "Karvan" Unibank Premyer Liqasında sonuncu pilləni tutaraq I diviziona yuvarlanıb. Komandanın futbolçuları iki aydır ki məvacib almırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: