Yunis Hüseynov Karvan klubunu tərk edir
26 İyun 2011 Bazar 17:12
"Karvan"ın sabiq baş məşqçisi Yunis Hüseynova İrandan təklif gəlib.
Yunis Hüseynovun işsiz günləri başa çatır. İranın iki klubundan təklif alan mütəxəssis Azərbaycanı tərk etmək qərarına gəlib.

İranın güclülər dəstəsində və birinci liqasında çıxış edən iki klubundan təklif alan Y.Hüseynov aşağı dəstə təmsilçisində işləmək qərarına gəlib. Yaxın günlərdə ölkəni tərk edib, müqavilə imzalamaq üçün o, İrana yollanacaq. "Karvan"ın sabiq baş məşqçisi yeni klubu ilə birillik müqavilə imzalayacaq.

Hələlik Y.Hüseynovun komandasının yeni adı məlum deyil. Yalnız onun Təbrizin ətrafını təmsil etdiyi deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar