Yunis Hüseynov istefa verdi
21 Oktyabr 2009 Çərşənbə 22:05
"Rəhbərlik qəbul edərsə, baş məşqçi vəzifəsindən getmək istəyirəm"
Futbol üzrə Unibank Premyer Liqasında bu gün daha bir komandanın baş məşqçisi istefa verib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yunis Hüseynov “Karvan”dan ayrılıb.

O, Yevlax təmsilçisinin Tovuzda “Turan”a 1:2 hesablı məğlubiyyəti ilə nəticələnən oyunu sonrası mətbuat konfransında istefa qərarını açıqlayıb. Lakin Hüseynov klubdan ayrılmasının rəhbərliyin istefasını qəbul edib-etməyəcəyindən asılı olduğunu bildirib.

"Bu gün komandamın göstərdiyi oyundan narazıyam. Oyunumuzu qura bilmirik. Rəhbərlik qəbul edərsə, baş məşqçi vəzifəsindən getmək istəyirəm", deyə Yunis Hüseynov söyləyib.

Qeyd edək ki, “Turan”a məğlubiyyətdən sonra “Karvan” 4 xalla 11-ci pilləyə enib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar