Yubiley matçında məğlubiyyət
16 İyun 2010 Çərşənbə 21:20
Yubiley matçında məğlubiyyət. İspaniya ümidləri doğrultmadı.
Hazırkı Avropa çempionu olan İspaniya milli komandası Dünya Çempionatlarındakı 50-ci matçını məğlubiyyətlə başa vurub. Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında “H” qrupunda İspaniya və İsveçrə yığmaları üz-üzə gəlib.

Nəinki “H” qrupunun lideri, bir çoxları üçün turnirin favorit komandası olan İspaniya millisi təhlükəli anlarla zəngin olan möhtəşəm oyun nümayiş etdirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib. Matçın 52-ci dəqiqəsində ispan müdafiəsinin səhvindən istifadə edən Jelson Fernandeş topu Kasilyasın qoruduğu qapıdan keçirə bilib.

Hesabın bərabərləşdirilməsi üçün ispanların çoxsaylı hücumları isə heç bir nəticə verməyib. İngiltərəli baş hakim Hovard Uebb 96 dəqiqənin tamamında final fiti ilə İspaniyanın məğlubiyyətini rəsmiləşdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar