Yozef Blatter yenidən FİFA prezidenti oldu
01 İyun 2011 Çərşənbə 23:33
Yozef Blatter 2015-ci ilədək dünyanın ali futbol qurumuna rəhbərlik edəcək.
Yozef Blatter daha 4 il müddətinə yenidən dünyanın ali futbol qurumu olan FİFA-ya rəhbərlik edəcək. Blatterin şeçilməsi bu gün FİFA-nın Sürix şəhərində keçirilən 61-ci konqresində baş tutub.
Əslində Y. Blatterin seçkilərə rəqibsiz girməsi daha öncədən onun postunda qalacağından xəbər verirdi. Son günlərdə yaranmış korrupsiya ilə bağlı qalmaqal Blatterin bu postda yeganə rəqibi olan qətərli Məhəmməd ben Hammamın cəzalanması ilə nəticələnib. Belə ki, Ben Hammam öz ölkəsinin 2022-ci il dünya çempionatına ev sahibliyi etməsi üçün rüşvət verməkdə ittiham olunur. Qətərin rəqiblərindən olmuş İngiltərə seçkilərin təxirə salınmasına istəsə də, rədd cavab alıb. Bunun üçün 208 üzv ölkədən 4/3-ü İngiltərənin təklifi ilə razılaşmalı idi.
Bu gün keçirilən konfransda Almaniya Futbol Federasiyasının rəhbəri Teo Tsvanstiqer Ben Hammamla bağlı ittihamların araşdırılmasını tələb edib. Seçki öncəsi konfransda çıxış edən Y. Blatter isə FİFA-da problemlərin olduğunu etiraf edib.
Xatırladaq ki, FİFA prezidenti bundan sonra dünya çempionatına ev sahibliyi edəcək ölkəni seçmək üçün 24 nəfərlik icraiyyə komitəsi üzvləri tərəfindən deyil, quruma üzv olan 208 ölkə arasında səsvermə yolu ilə müəyyənləşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: