Yozef Blatter AFFA-dan dəstək istədi
20 Aprel 2011 Çərşənbə 22:10
FİFA prezidenti Yozef Blatter quruma üzv olan federasiyalara müraciət edib.
FİFA prezidenti Yozef Blatter növbəti seçkilər ərəfəsində quruma üzv olan ölkələrin federasiyalarına məktub göndərib. O, məktubunda federasiyaları qarşıdakı prezident seçkilərində qalib gələcəyi halda, görəcəyi işlər haqda məlumatlandırıb.
Blatter qeyd edib ki, korrupsiya, dopinq, danışılmış oyunlarla mübarizəni daha da gücləndirəcək. O, bu məqsədlə, həmçinin müxtəlif layihələr məqsədilə 1 milyard dolları federasiyalar arasında bölüşdürəcək. FİFA prezidenti arxada qalan dövrdəki fəaliyyətini də xatırladaraq, bu kursu davam etdirmək üçün vaxt verilməsini xahiş edib.
Qeyd edək ki, AFFA quruma üzv olan 208 federasiyadan biridir. Blatter prezident seçiləcəyi halda, ilk səfərini məhz ölkəmizə olacaq. Blatter futbolumuzun 100 illiyi ilə bağlı təşkil olunacaq tədbirə dəvətlilər sırasındadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: