Yoldaşlarının məvacibini oğurlayan futbolçu tutuldu
13 Avqust 2010 Cümə 11:25
Sesar Çaxuantiko 7 il azadlıqdan məhrum edilib.
Peru vətəndaşı olan futbolçu Sesar Çaxuantiko 7 il həbs cəzasına məhkum olunub. Futbolçu iki il əvvəl şərəfini qoruduğu “Siensiano” klubunun ofisindən pul oğurlamaqda ittiham olunur.

Sesar Çaxuantiko komanda yoldaşlarının məvacibləri üçün nəzərdə tutulmuş 84,5 min dolları mənimsəmişdi.

Xatırladaq ki, “Siensiano” klubu hazırda maliyyə çətinliyi ilə üzləşib. Klub futbolçuların məvaciblərini verməkdə çətinlik çəkir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar