Yobo “Fənərbaxça”da
01 Sentyabr 2010 Çərşənbə 05:25
Nigeriyalı məhşur futbolçu Yobo ölkəsinin adına 69 qarşılaşmada iştirak edib və və rəqib qapıdan 4 qol keçirib.
Türkiyənin məhşur futbol komandalarından “Fənərbaxça” İngiltərənin “Everton” komandasında oynayan nigeriyalı Cozef Yobonu 1 illiyə icarəyə götürdü. “Fənərbaxça” rəsmilərinin verdiyi məlumata görə, Yobo bu gün İstanbula gələcək və həkim nəzarətindən keçdikdən sonra 1 illik müqaviləni imzalayacaq.

Qeyd edək ki, “Everton” klubu nigeriyalı müdafiəçinin 1 illiyə “Fənərbaxça”ya icarəyə verilməsinə dair xəbərləri daha əvvəl yaymışdı.

2002-ci ildən bəri “Everton”un şərəfini qoruyan Cozef Yobo dahya əvvəl Nigeriya milli komandasının da kapitanı olub. Məhşur futbolçu ölkəsinin adına 69 qarşılaşmada iştirak edib və və rəqib qapıdan 4 qol keçirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar