Yoahim Löv “Hyatt Regensy” otelində brifinq keçirəcək
10 Avqust 2009 Bazar Ertəsi 19:40
Mətbuat konfransına bir neçə almaniyalı futbolçu da qatılacaq

 

Avqustun 12-də futbol üzrə 2010-cu il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığma komandası ilə qarşılaşacaq Almaniya komandası bu gün saat 17:20-də Bakıya gəlib. Almanların baş məşqçi Yoahim Löv və onun kollektivi heç bir müsahibə verməyərək onlar üçün ayrılmış avtobusa əyləşiblər.

Lakin almaniyalı futbolçu Bastian Şvaynştager fürsət taparaq bir-neçə azarkeşə avtoqraf verib.

Qeyd edək ki, sabah Almaniya yığmasının baş məşqçisi “Hyatt Regensy” otelində mətbuat konfransı keçirəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar