Yoahim Löv hakimlərdən gileyləndi
22 İyun 2010 Çərşənbə Axşamı 23:45
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv sarı kartlardan narazıdır.
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv dünya çempionatındakı hakimlərdən gileylənib. Baş məşqçi heç bir hakimin adını çəkməsə də, bəzi hakimlərin çox tez sarı kart göstərdiklərini bildirib. Fil Dişi Sahili və Braziliya maçını misal çəkən Löv həmin oyunda Elanoya qarşı kobudluğun cəzalandırılmadığı halda, bəzi bəsit hallarda sarı kart göstərilməsindən narazılıq edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: