Yıldıray Baştürk Bakıya gəlir?
25 Dekabr 2009 Cümə 22:50
"Bakı" heyətini gücləndirməyi planlaşdırır. Yıldıray Baştürk Bakıya gələ bilər.
Məhəmməd Kallon və Denilson de Oliveyra Araujo kimi məşhur futbolçulara elçi düşən "Bakı" klubu daha bir tanınmış oyunçunu transfer edə bilər. Sonuncu Azərbaycan çempionu tanınmış türkiyəli veteran futbolçu Yıldıray Baştürkü də heyətinə qata bilər.

Bildirildiyinə görə, "Bakı"nın vitse-prezidenti Tunc Afşar artıq 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Yıldırayın "Bakı"nın yanvarın 3-də başlayacaq Antalya toplanışına qatılacağı gözlənilir. Elə baş məşqçi Bülənt Korkmaz da onunla bağlı qərarını bundan sonra verəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar