Yığmaya əcnəbilər cəlb olunmayacaq
09 Dekabr 2010 Cümə Axşamı 21:05
Elxan Məmmədov: "Legionerləri milliləşdirmək bizim strategiyamıza uyğun deyil"
"Azərbaycan milli komandasında gəncləşdirmə prosesi gedir. Legionerləri milliləşdirmək bizim strategiyamıza uyğun deyil. İstəyirik ki, Azərbaycan millisində yerli futbolçular çıxış etsin". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, Azərbaycan millisinə əcnəbi futbolçuların cəlb olunma variantına müsbət yanaşmadıqlarını bildirib: "Premyer Liqada çıxış edən futbolçuları biz də izləyirik, seleksiyaçı-məşqçilər də. Təbii ki, müxtəlif seleksiyaçılar yığma komandalarımıza oyunçular təklif edir. Amma biz bu prosesə çox yaxın getmirik. Çünki biz gənc komanda formalaşdırırıq".

Qeyd edək ki, AFFA-nın baş katibi bu açıqlamaları "Qəbələ" klubunun futbolçusu Lyuba Baraninin Azərbaycan yığmasında çıxış etmək üçün milliləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirərkən verib. Hazırda millimizdə çıxış edən əcnəbilərin sayı minimuma endirilib. Yığmamızın oktyabrın 11-də Türkiyə ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında baş məşqçi Berti Foqts yalnız bir əcnəbinin xidmətindən istifadə edib. Ukrayna əsilli Aleksandr Çertoqanov 45+2-ci dəqiqədə zədələnən Rail Məlikovun əvəzinə meydançaya daxil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar