Yığmamızın voleybolçusu Oksana Parxomenko məşqçisi ilə nişanlandı
14 İyun 2010 Bazar Ertəsi 11:55
Oksana Parxomenko ilə Onat Kurtun nişan mərasimi ölkəmizdə baş tutub.
Voleybol üzrə yığma komandamız və “Dinamo” (Moskva) klubunun üzvü Oksana Parxomenko nişanlanıb. Voleybolçu “Dinamo” (Moskva) klubunun məşqçilərindən biri olan Onat Kurtla nişanlanıb.
Nişan mərasimi ölkəmizdə keçirilib. Cütlük toylarını gələn ilin yayında keçirməyi planlaşdırır. Mərasimdə Oksananın bacısı Yelena Parxomenko da yer alıb.
Xatırladaq ki, Oksana Parxomenko 2008-2009-cu illər mövsümündə “Fənərbaxça” klubunda çıxış edərək Türkiyə çempionu olub. O, həmin il ən yaxşı oyun qurucusu mükafatına da sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: