Yığmamızın üzvü Mariya Stadnik tək qayıtmadı
17 Noyabr 2010 Çərşənbə 17:25
Mariya Stadnik həyat yoldaşı ilə oğlunu Bakıya gətirib.
Güləş üzrə yığma komandamızın üzvü, Olimpiya oyunlarının bürünc mükafatçısı və Dünya çempionu Mariya Stadnik Azərbaycana qayıdıb. İdmançının artıq Bakıda olduğu bildirilir.

Mariya paytaxtımıza ailəsi ilə birgə təşrif buyurub. Belə ki, o, həyat yoldaşı Andrey və oğlu İqoru da Bakıya gətirib. Güləşçinin nə vaxt məşqlərə başlayacağı barədə isə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, Mariya ana olduğuna görə, bir müddət ailəsi ilə birgə Ukraynada yaşayırdı və məşqlərdən kənarda qalmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar