Yığmamızın rəqibi itki ilə üzləşdi
10 Mart 2011 Cümə Axşamı 11:31
Belçikalı futbolçu İqor De Kamarqo millimizlə oyunu buraxacaq
Avro-2012-nin seçmə qrup mərhələsində millimizlə bir qrupda yer alan Belçika millisi itki ilə üzləşib. Belçika millisinin aparıcı futbolçularından biri İqor De Kamarqo zədələnərək uzun müddətə sıradan çıxıb. “Borussiya” (Mönhenqladbax) klubunun 28 yaşlı futbolçusu məşq prosesi zamanı zədələnib.
ANS PRESS-in “Borussiya” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, De Kamarqo martın 29-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyununda meydana çıxa bilməyəcək.
Xatırladaq ki, İqor De Kamarqo 2009-cu ildən Belçika yığmasının heyətinə cəlb edilir. Futbolçu “Borussiya” (Mönhenqladbax) klubunun heyətində 11 oyunda meydana çıxaraq 3 qola imza atıb.
DOSTLARINLA PAYLAŞ: