Yığmamızın Qazaxıstanla matça hazırlığı fotolarda
05 Sentyabr 2011 Bazar Ertəsi 12:19
Futbolçularımız qələbə qazanmaq əzmindədirlər
Futbol üzrə yığma komandamız sabah AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirəcəyi Qazaxıstan milisi ilə qarşılaşmaya hazırlaşır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, futbolçularımız Tofiq Bəhramov adına Respublika Stadionunda baş məşqçi Berti Foqtsun rəhbərliyi altında hazırlıq keçirlər.

Qeyd edək ki, yığmamızın Qazaxıstanla qarşılaşması sabah saat 20:00-da start götürəcək. Komandamızın bu oyunadək aktivində 4 xal var. Qazaxıstan isə 3 xalla sonuncu pillədə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar