Yığmamızın oyununda dava düşüb
02 Fevral 2011 Çərşənbə 10:05
Azərbaycan – “Gyor Eto” hazırlıq matçı yarımçıq dayandırılıb
21 yaşlı futbolçulardan ibarət yığma komandamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız hazırlıq prosesi çərçivəsində növbəti görüşünü keçirib. Ancaq matç sonadək oynanılmayıb. Millimizin Macarıstanın “Gyori Eto” klubuna qarşı oyunu final fitinə 15 dəqiqə qalmış yarımçıq dayandırılıb.
Buna səbəb kimi isə Macarıstan klubu futbolçularının kobud oyunu nəticəsində hər iki komandanın üzvləri arasında yararanan gərginlik göstərilib. Qeyd edək ki, oyun dayandırılan məqamda “Gyori Eto” yığmamızı 1:0 hesabı ilə məğlub edirdi.
DOSTLARINLA PAYLAŞ: