Yığmamızın ehtiyat oyunçuları qələbə qazandı
20 May 2011 Cümə 16:14
U-17 Moldovanın “Buikani” klubunun 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşıb
Moldovanın Kişinyov şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçir. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız hazırlıq prosesi çərçivəsində yoldaşlıq oyunu keçirib. “Buikani” klubunun 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Qarşılaşmada 2 dəfə Seyran Məmmədov fərqlənib. Bir qolun müəllifi isə Xəlil Əhmədov olub.
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.
DOSTLARINLA PAYLAŞ: