Yığmamızın bombardiri uzun müddətə sıradan çıxdı
20 Sentyabr 2011 Çərşənbə Axşamı 15:39
Rauf Əliyevin zədəsinin ciddi olduğu müəyyənləşib
Yığma komandamız və Ağdamın "Qarabağ" klubunun hücumçusu Rauf Əliyevin aldığı zədənin ciddi olduğu məlum olub. ANS PRESS-in Peşəkar Futbol Liqasına isrtinadən verdiyi məlumata görə, Unibank Premyer Liqasının son turunda "Xəzər Lənkəran"a qarşı keçirilən matçda zədələnən Rauf Əliyevin ən azı 6 həftə yaşıl meydanlara çıxa bilməyəcəyi müəyyənləşib.
Futbolçunun diz qapağında qismən qopma meydana gəlib. 22 yaşlı hücumçunun noyabrın ortalarında yaşıl meydanlara geri dönəcəyi ehtimal olunur.
Xatırladaq ki, Rauf Əliyev yığmamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi Belçika və Qazaxılstan yığma komandaları ilə oyunlarda iki qola imza atmışdı.
DOSTLARINLA PAYLAŞ: