Yığmamızda baş məşqçi dəyişikliyi baş verdi
06 Aprel 2011 Çərşənbə 11:20
Çimərlik futbolu millimizi bundan sonra Bəhram Hətəmov çalışdıracaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamızı bundan sonra Bəhram Hətəmov çalışdıracaq.

Bunadək komandanın baş məşqçisi postunu tutan Emil Cabbarov isə vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb kimi onunla müqavilənin müddətinin başa çatdığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar