Yığmamıza yeni məşqçi təyin edilib
22 Noyabr 2010 Bazar Ertəsi 18:00
Təbriz Həsənov 17 yaşlı futbolçuları çalışdıracaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova həvalə olunub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, əvvəllər 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdırmış baş məşqçi bundan sonra 17 yaşlı futbolçularımızı hazırlaşdıracaq.

Xatırladaq ki, U-17 yığma komandasının əvvəlki baş məşqçisi Adil Şükürovun müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq qarşılıqlı razılıq əsasında onunla müqavilə uzadılmamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar