Yığmamıza yeni məşçi təyin olunub
11 Aprel 2011 Bazar Ertəsi 12:45
Aleksandr Staravoytov boksçularımızın fizki hazırlığına cavabdeh olacaq
Boks üzrə Azərbaycan yığmasına yeni məşqçi cəlb edilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, bundan sonra boksçularımızın fiziki hazırlığı üzərində Aleksandr Staravoytov çalışacaq.

Belaruslu məşqçinin yığma komandamızda may ayından sonra işə başlayacağı gözlənilir.

Xatırladaq ki, Aleksandr Staravoytov hazırda WSB liqasında mübarizə aparan “Baku Fires” klubunda fiziki hazırlıq üzrə məşqçi kimi çalışır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar