Yığmamıza problem yarada biləcək futbolçu
08 Oktyabr 2010 Cümə 14:15
Türkiyə mətbuatı Avstriya yığmasının ən təhlükəli futbolçusunun adını açıqlayıb.
Bu gün Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Avstriya – Azərbaycan oyunu Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Türkiyəli jurnalistlər bu oyunda Avstriyanı açıq-aşkar favorit qismində görürlər. Millimizin qrupun ilk matçında Almaniyaya 1:6 hesabı ilə uduzmasını xatırladan türk mətbuatı qarşılaşmada rəqiblərimizin qələbə çalacağını proqnozlaşdırıb. Yığmamızın Avstriya ilə matçdan ən yaxşı halda heç-heçə ilə dönə biləcəyi bildirilin.
Türkiyə mətbuatı komandamızla oyunda Avstriyanın ən önəmli silahının Vəli Kavlak olduğunu vurğulayıb. Komandamızın ən önəmli üstünlüyünün isə baş məşqçi Berti Foqts olduğu türkiyəli jurnalistlər tərəfindən xüsusi qeyd edilib.
Xatırladaq ki, Avstriya – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: