Yığmamız Türkiyəyə uduzdu
07 Yanvar 2010 Cümə Axşamı 10:15
19 yaşlı futbolçularımız rəqiblərinə 1:2 hesabı ilə məğlub olublar
Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət komandası tanınmış Rusiya futbolçusu Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə iştirakını davam etdirir. Yığmamız turnirdə 2-ci görüşünü Türkiyə komandasına qarşı keçirib.

AFFA-dan verilən məlumata görə, millimiz görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub. Azərbaycan yığması qrup çərçivəsində sonuncu oyununu sabah Finlandiya komandasına qarşı keçirəcək. 19 yaşlı futbolçulardan ibarət yığma komandamız ilk görüşdə Ukrayna millisi ilə 1:1 oynamışdı.

Xatırladaq ki, builki turnirdə komandamızla yanaşı Rusiya, Ukrayna, Türkiyə, Finlandiya, Belçika, Belarus və Özbəkistan yığmaları iştirak edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar