Yığmamız təlim-məşq toplanışına yollanır
24 İyul 2013 Çərşənbə 14:32
Güləşçilərimiz Quba Olimpiya İdman Kompleksində hazırlıq keçəcək.
Bu gündən etibarən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. ANS PRESS Güləş Federasiyasına istinadən xəbər verir ki, təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək.
Baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun rəhbərliyi altında 19 güləşçi bu toplantıda iştirak edəcək.
Təlim-məşq toplanışına Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq), Ruslan Dibirhacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 66 kq), Emin Əzizov, Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hamısı 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev, İbrahim Yusubov (hamısı 84 kq), Xetaq Qazyumov, Hacı Şərifov, Səid Həmidov, Çermen Baqayev (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov, Mehman İmamquliyev, Valera Rodriqes və Əli Maqomedabirov (hamısı 120 kq) cəlb olunub.
DOSTLARINLA PAYLAŞ: