Yığmamız superfinala qatılacaq
17 Avqust 2010 Çərşənbə Axşamı 14:35
Çimərlik futbolu üzrə millimiz Lissabona yollanır.
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Avropa çempionatının superfinalında iştirak edəcək. AFFA-dan verilən məlumata görə, yarışlar Portuqaliyanın Lissabon şəhərində baş tutacaq. Mübarizə avqustun 23-dən 31-dək davam edəcək.

Avropa şempionatının superfinalına qatılacaq yığmanın heyətini nəzərinizə çatdırırıq:
Elşad Quliyev, Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, Asif Zeynalov, Elnur Əhmədov, Vaqif Şirinbəyov. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar