Yığmamız Şotlandiya ilə üz-üzə gələcək
02 Mart 2010 Çərşənbə Axşamı 17:35
Bu gün yığmamız Şotlandiya ilə üz-üzə gələcək. Oyun Falkirk şəhərində baş tutacaq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirəcək. AFFA-dan verilən məlumata görə, rəqibimiz Şotlandiya komandası olacaq.

Şotlandiya-Azərbaycan matçı Falkirk şəhərində baş tutacaq.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar