Yığmamız rəqib qapıya 6 cavabsız qol vurdu
23 Mart 2012 Cümə 12:03
19 yaşadək futbolçularımız “Ağsu” klubu üzərində qələbə qazanıblar.
İsmayıllı rayonunda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, “Ağsu” klubu ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. Bayram Budaqovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Şamil Camaləddinov, David Qarayev, Teymur Quliyev və Elşən Abdullayev fərqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar