Yığmamız “Real”la üz-üzə
26 Noyabr 2010 Cümə 17:20
Qarşılaşma Mərdəkanda baş tutub
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün “Real” (Bakı) komandası ilə yoldaşlıq oyunu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Ruslan Abdullayev və Davud Qarayev vurub.

Qeyd edək ki, bu oyun AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçirilib. Oyunun bu stadionda keçirilməsində məqsəd tikintisi başa çatmaqda olan stadionun örtüyünün UEFA-nın tövsiyəsi ilə sınaqdan çıxarılması olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar