Yığmamız Qvineyanı məğlub etdi
25 Mart 2011 Cümə 10:14
21 yaşlı futbolçularımız qələbə qazanıblar
İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Qvineya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Marbelya İdman Mərkəzində keçirilən qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. 62-ci dəqiqədə Tural İsgəndərov penalti zərbəsini dəqiq yerinə yetirib.

Yığmamız hesabda önə keçdikdən təxminən 10 dəqiqə sonra qvineyalı futbolçular 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Yığmamızın qapıçısı Osman Umarov penalti zərbəsini dəf edərək hesabın dəyişməsinə imkan verməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar