Yığmamız qələbəni yenə əldən verdi
11 Avqust 2010 Çərşənbə 23:45
Azərbaycan yığması Küveyt millisi ilə heç-heçə oynadı.
Azərbaycan yığması bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Küveytlə qarşılaşıb. Bu, futbolçularımızın AVRO-2012-nin gələn ay start götürəcək seçmə mərhələsi ərəfəsində son yoxlama oyunu olub.

Ötən il fevralın 11-də səfərdə ərəblərin qonağı olmuş Berti Foqtsun yetirmələri həmin görüşdən heç-heçə ilə ayrılmışdılar. Üç oyundur qələbə qazana bilməyən yığmamız bu seriyanı məhz Qoran Tufedjiçin yetirmələri ilə matçda qırmağa borclu idi. Amma tarixinin 167-ci oyununda millimiz qələbəni əldən verib. İlk yarıda Elvin Məmmədovun vurduğu qola küveytlilər matçın sonunda cavab veriblər. Ötən il baş tutan qarşılaşmada da əvvəl hesabı komandamız açmış, ərəblər isə tarazlığı bərpa etmişdilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar