Yığmamız qələbə qazandı
18 Noyabr 2010 Cümə Axşamı 09:55
15 yaşlı qızlar Qusar komandasını məğlub edib
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Millimizin rəqibi müvafiq yaş qrupundan ibarət Qusar komandası olub.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan yoldaşlıq oyunu 12:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Yığmamızın heyətində Aliyə Vəliyeva 5, Kamilla Məmmədova 3, Suğra Xəlilova 2, Aysun Əliyeva və Olya Sioşvili isə hərəyə 1 qol vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar