Yığmamız qazaxlara “divan tutdu”
13 İyul 2010 Çərşənbə Axşamı 14:35
Çimərlik futbolu komandamız böyük hesablı qələbə qazanıb.
İtaliyanın Bibiano şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi davam edir. Turnir çərçivəsində millimiz bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

AFFA-dan verilən məlumata görə, oyun 9:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Elvin Quliyevin 4 qol vurduğu qarşılaşmada Hikmət Bağırov het-trik, Müslüm Hüseynov isə dubl edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar