Yığmamız Olimpiadada daha bir medal əldə etdi
17 Avqust 2010 Çərşənbə Axşamı 16:55
Güləşçimiz Kənan Quliyev ikinci yerlə kifayətlənib.
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Bu gün Olimpiadada mübarizəyə qoşulan daha bir idmançımız medal qazanmağa müvəffəq olub. Sərbəst üsulla güləşən təmsilçimiz Kənan Quliyev (54 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Güləşçimiz həlledici mərhələdə yaponiyalı idmançı Yukai Takahaşiyə uduzaraq ikinci yerlə kifayətlənib.

Xatırladaq ki, bu, komandamızın Sinqapurda əldə etdiyi 5-ci medaldır. Əvvəlki 4 medalın əyarı isə qızıl idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar