Yığmamız Misiri mat qoydu
09 Yanvar 2010 Şənbə 23:30
Yığmamız Misiri mat qoydu. Şahmatçılarımız misirli rəqiblərinə aman verməyib.
Bu gün şahmat üzrə komandalararası Dünya çempionatında V turun oyunları keçirilib. Türkiyənin Bursa şəhərində təşkil olunan nüfuzlu turnirdə Azərbaycan yığmasının növbəti rəqibi Misir şahmatçıları olub.

Qarşılaşma zamanı rəqibi Əhməd Ədliyə məğlub olan Vüqar Həşimovu çıxmaq şərti ilə yığmamızın bütün üzvləri qələbə qazanıb. Belə ki, Teymur Rəcəbov Amin Bassemi, Şəhriyar Məmmədyarov Məhəmməd Ezzatı, Nicat Məmmədov isə Sarvat Valaanı mat qoyub.

V turdan sonra turnir cədvəli bu cürdür:
Rusiya - 13 xal
ABŞ - 12
Ermənistan -12
Hindistan – 11
Azərbaycan - 11,5
İsrail – 11
Yunanıstan – 10
Braziliya – 8
Misir – 7
Türkiyə - 4

Azərbaycan yığması sabah VI tur çərçivəsində İsraillə üz-üzə gələcək.

Xatırladaq ki, yığmamız ilk iki turda Ermənistan və Türkiyəni məğlub edib, Hindistan və Rusiya ilə qarşılaşmalar isə məğlubiyyətlə nəticələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar